EN

Karqoları gecikən və itən vətəndaşların NƏZƏRİNƏ: Məhsulların ödənişi...

Noyabr ayında COP29-la bağlı vətəndaşların Trendyol platformasından sifarişlərində ciddi gecikmələr oldu. Hətta bəzi müştərilərin sifarişləri rayonlara göndərilib. Bəziləri bir ay keçməsinə rəğmən hələ də gəlib çıxmayıb. Həmçinin gömrükdə bəyanla bağlı da problemlər yaşanıb.


Əgər vətəndaşların məhsulları təhvil verilməsə buna görə məsuliyyəti kim daşıyır? Belə halla rastlaşanlar nə etməlidirlər?


Bu sualları hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında cavablandırıb.




“ “Trendyol” platforma olaraq satıcı, alıcı və daşıma şirkəti arasında sadəcə olaraq əlaqələndirici rol oynayır. Burada yaranan problemin hallarına baxmaq lazımdır. Ümumiyyətlə, alıcı tərəfindən məhsul kodunun izlənilməsi zamanı görülsə ki, onun sifariş verdiyi çox qısa müddət sonra sifariş alıcıya göndərilib, anbardan çıxıb, daşınma şirkəti artıq malın çatdırılmasına müvəkkildir. Lakin daşınma şirkəti öz ötəliyinə düşən vəzifəni layiqincə yerinə yetirmir, hər hansısa tez xarab ola bilən məhsul olduğu halda və yaxud zəmanət müddəti qısa müddət ərzində başa çatması nəzərdə tutulan məhsulların çatdırılmasında gecikmə halları baş veribsə, belə olan təqdirdə artıq nəyin necə olmasından asılı olmayaraq daşınma şirkətləri birbaşa məsuliyyət daşıyırlar. Çünki daşınma şirkətlərinin çatdırılma məntəqəsi olan dövlətlərin sosial və siyasi həyatlarını izləmək məcburiyyətindədirlər, buna uyğun olaraq çatdırılmanın hər hansısa bir səbəbdən gecikmənin baş verməsi hallarını öncədən təyin etmək və nəzərə almaq məcburiyyətindədirlər”.


Hüquqşünas qeyd edib ki, əgər alıcıya zərər məhz daşıma şirkəti tərəfindən vurularsa, daşıma şirkəti tamam şəkildə dəymiş zərəri qarşılamalıdır.


“Belə problem gömrük postları ilə də bağlı ola bilər. Belə olan halda əgər daşıma şirkəti vaxtında məhsulların xarakteristikası ilə bağlı gömrüyə məlumat veribsə, probelm yaranarsa, məsuliyyət tam olaraq Dövlət Gömrük Komitəsinə aid olur. Amma problem vətəndaşın bəyanetməni gecikdirməsi ilə bağlıdırsa, bu zaman məsuliyyət təmamilə vətəndaşın üzərindədir. Vurulmuş zərər də vətəndaşın günahı ucbatından hesablanacaq”.

 

Fidan Vəlisoy 

Chosen
36
referans.az

1Sources