EN

Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb

Tbilisidə 29-30 noyabr tarixlərində keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qanuni polis tələbinə tabe olmamaq və kiçik xuliqanlıq səbəbindən 107 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Aksiya zamanı 10 DİN əməkdaşı yaralanıb.

"Bütün gecə boyu mitinq iştirakçıları polisə sözlü və fiziki müqavimət göstərib. Rustaveli prospektindəki insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar. Nümayişçilərin zorakılıq hərəkətləri nəticəsində DİN-in 10 əməkdaşı xəsarət alıb”, - nazirlik bildirib.


www.anews.az
Chosen
5
7
anews.az

8Sources