EN

Avropa müharibə vəziyyətində təlimatlar hazırlayır...

Baltik və Şimali Avropa ölkələri fövqəladə və ya müharibə zamanı vətəndaşlar üçün təlimatlar hazırlamağa başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Conversation yazır.

Qeyd olunur ki, Estoniya, Latviya və Litva son 10 ildə müntəzəm olaraq oxşar məsləhətlərlə ictimai məlumatları yeniləyir.

2024-cü ildə Danimarka və Norveç fövqəladə hallara hazırlıq tövsiyələrini yenilədilər. İsveç elektrik enerjisinin tam kəsilməsi halında oxşar təlimatları kağız şəklində yaymağa hazırlaşır. Finlandiya rəsmiləri həmçinin öz vətəndaşlarına müharibə və böhran vəziyyətlərinə hazırlıqla bağlı təlimatlar paylamaq niyyətindədirlər.

...Noyabrın 24-də Finlandiyada 75 qadının Rusiya ilə ehtimal edilən müharibəyə hazırlaşmağa başladığı bildirilir.

“The Gaurdian” yazır ki, onlar sağ qalmağı öyrənəcəklər: yanğınlar yandırıb söndürəcək, açıq havada yemək bişirəcək, ilk tibbi yardım göstərəcək və tualet tikəcəklər.

Nəşr qeyd edib ki, bu qadınlardan ikisi artıq bir günlük atıcılıq kursları keçib, lakin “onlar silahla işləməyi sevmirdilər.

Əli Babayev

Chosen
11
6
sia.az

8Sources