EN

Çin krossoverləri keçmiş Hyundai zavodunda yığılacaq

Əvvəllər Hyundai avtomobilləri istehsal edən Sankt-Peterburqdakı AGR Avtomobil Zavodu çinli tərəfdaşla birlikdə yeni model xəttinin istehsalına başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, söhbət Jaecoo krossoverlərindən getdiyi güman edilir.

Müəssisənin yenidən işə salınması şəhərin sənaye siyasəti, innovasiya və ticarət komitəsinin sədri Aleksey Yakovlevin "Rusiya Sənayeçisi" forumunda çıxışı sayəsində məlum oldu. O, şərq tərəfdaşı ilə danışıqların uğurla davam etdiyini də vurğulayıb.

Zavodun istehsal gücü artıq Hyundai zavodunda mövcud olan ehtiyat hissələri əsasında 2024-cü ilin fevralında istehsalına başlanan Solaris brendi altında avtomobillərin yığılması üçün istifadə olunub.

İndi, mövcud məlumatlara əsasən, Jaecoo krossoverlərinin DKD prosesi işə salınacaq (bu, tam hazır və sınaqdan keçmiş avtomobillər öz zavodlarında sökülüb başqa zavoda göndərilir və orada yenidən yığılır –A.B.).

Nazlı Almuradova

Chosen
21
sia.az

1Sources