Uğurlar yolunda olan "Qalatasaray"ın ulduzu Mauro İkardi ilə Vanda Nara arasında sakitlik yaranmır.
News24.az xəbər verir ki, çapraz bağlarından zədə alaraq mövsümü başa vuran ölkəsi Argentinaya gedən İkardinin Vanda Naranın qalmağa icazə verdiyi evdə yaşadığı bildirilib.
İkisi arasında baş verənlərdən sonra Vanda Nara İkardidən evi tərk etməsini istəyib.
Ulduz futbolçu evdən bayıra çıxmayanda Vanda Nara polisə təəccüblü xəbər verib.
La Gazetta dello Sport-un xəbərinə görə, Vanda Nara polislərə İkardinin silah gizlətdiyini deyib.
Evə gələn polis İkardinin evində 5 saata yaxın axtarış aparıb və axtarışlar nəticəsində evdə heç bir silah tapılmayıb.
Günel Məlikzadə