EN

Türkiyədən ABŞ-yə MESAJ: İmkan vermiyəciyik ki... 

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Referans.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.


“Xarici işlər naziri Hakan Fidan dekabrın 1-də ABŞ dövlət katibi Blinkenlə telefon danışığı aparıb. Suriyada baş verən son hadisələr müzakirə olunub. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu deyib, gərginliyin azaldılması, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının vacibliyini qeyd edib. O, Türkiyəyə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verilməyəcəyinə də diqqət çəkib”, – mənbə vurğulayıb.


Mənbə həmçinin əlavə edib ki, söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə edilib:


“Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olması üçün verdiyi vədlərə əməl etməlidir. O, Qəzzada ən qısa zamanda atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini xatırladıb”.


Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” İdlib və Hələbi ələ keçirib, eyni zamanda Həmaya hücum edib.


Daha ətraflı videoda:




Chosen
26
18
referans.az

10Sources