EN

Azerbaijan Fashion Week 17-ci mövsüm: ənənələr, innovasiyalar və qlobal trendlər

8-9 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Vağzalında Azerbaijan Fashion Week öz qapılarını yenidən açaraq, paytaxtı dəbin və yaradıcılığın mərkəzinə çevirəcək. 17-ci mövsüm istedadlı dizaynerləri, cəsarətli ideyaları və mədəniyyətlərarası dialoqu bir araya gətirəcək. Podiumlarda təkcə kolleksiyalar deyil, həm də Azərbaycanın və dünyanın dəb fəlsəfəsini əks etdirən cəsarətli manifestlər nümayiş etdiriləcək.

Tədbir Mədəniyyət Nazirliyi yanında Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə həyata keçirilir. 17-ci mövsümün baş informasiya tərəfdaşı isə 80 ildən artıqdır ki fəaliyyət göstərən, dəb, mədəniyyət və məşhurlar haqqında yazan dünyaca məşhur Hello! jurnalı olacaq.

Azerbaijan Fashion Week dəbin, incəsənətin və inovasiaların ahəngini əks etdirən platformadır. Layihənin məqsədləri olduqca iddialıdır:

  • Gənc dizaynerləri dəstəkləmək və "Made in Azerbaijan" brendlərini beynəlxalq arenada təşviq etmək.
  • Yenidən emal olunmuş materiallar, ekoloji kolleksiyalar və şüurlu istehlak vasitəsilə davamlı inkişaf məsələlərinə diqqət çəkmək.
  • Mədəni irsi qorumaq və müasir dizayn kontekstində onu yenidən qiymətləndirmək.

Bu mövsüm beynəlxalq blogerlərin, jurnalistlərin, dəb sənayesi nümayəndələrinin, "buyer"lərin və dizaynerlərin iştirakı nəzərdə tutulub. Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Özbəkistandan olan tanınmış dizaynerlər öz kolleksiyalarını təqdim edəcəklər. Hər bir dəfilə ənənə və innovasiyaların dialoquna çevriləcək: şərq motivləri, cəsarətli kəsimlər və incəlik ən tələbkar tamaşaçıların belə zövqünü oxşayacaq.

17-ci mövsümün rəsmi siması və səfiri Paris Yüksək Moda Həftəsi və Milan Fashion Week-in iştirakçısı, top-model Viya Lemann olacaq. Onun karyerası və yaradıcılığı Azerbaijan Fashion Week-in dəyərlərini - üslub, zəriflik və kreativliyi mükəmməl şəkildə təcəssüm etdirir.

Bu mövsüm təkcə dəb sahəsi deyil, həm də qlobal mövzulara həsr olunub. Lahiyəmiz COP 29 çərçivəsində başlanan dialoqu davam etdirərək, ekologiya, davamlı istehsal və mədəni müxtəliflik məsələlərini hər bir dəfilədə işıqlandırır. Bu baxımdan 17-ci mövsüm çərçivəsində həmçinin "Up-Cycle Jeans" adlı müsabiqə qaliblərinin kolleksiyaları nümayiş olunacaq. Bu müsabiqə 2024-cü ilin may ayında ekoloji təmiz dəbi təşviq etmək məqsədilə keçirilmişdi və gənc istedadlara təkrar emal olunmuş materiallardan hazırladıqları işlərini təqdim etmək imkanı yaratmışdı. Qaliblər 17-ci mövsümün podiumunda öz kolleksiyalarını təqdim etmək və ilk kapsul kolleksiyalarını yaratmaq üçün dəstək də daxil olmaqla dəyərli mükafatlar qazanmışdırlar.

Dəbin sənətlə və fəlsəfə ilə sintezi, keçmişlə gələcək arasında körpü rolu - bütün bunlar Azerbaijan Fashion Week-in 17-ci mövsümündə öz əksini tapacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Chosen
41
29
milli.az

10Sources