EN

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma İDDİASI: DİN hərəkətə keçdi

Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə oxu.az-a məlumat verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqat təmin edilib, zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

 ***

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.

Musavat.com-un məlumatına görə, məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan iki şagird arasında tənəffüs vaxtı mübahisə yaranıb.

“Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nahiyəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər”, - deyə qeyd edilib.

Chosen
511
42
musavat.com

10Sources