EN

Avropa ölkələrinin “Qəzzada qətliamı dayandırın” çağırışı Netanyahunu qəzəbləndirdi

İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Aleksandr De Kroo və İspaniyanın baş naziri Pedro Sançesin Qəzzada törədilən qətliamın dayandırılması tələbinə reaksiya verib.Gununsesi.info xəbər verir ki, Qəzzadakı qətliamla bağlı gözlədiyi dəstəyi tapa bilməyən İsrailin baş naziri Netanyahunun ofisindən verilən açıqlamada De Kroo və Sançesin açıqlamalarına reaksiya gəlib. Hökumətin yaydığı açıqlamada Netanyahunun iki liderin sözlərini qınadığı bildirilib.İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə liderlərinin bəyanatlarına görə İsraildə çalışan səfirlər nazirliyə çağırılıb və qınama mesajı verilib.İsrailin xarici işlər naziri Eli Koen də İspaniya və Belçikanın baş nazirlərini terrora dəstək verməkdə ittiham edib.İki lideri qınayan Koen İsrailin Qəzzada beynəlxalq qanunlara əməl etdiyini iddia edib.Bundan əlavə, Koen bir daha bildirib ki, onların Qəzza zolağına hücumları münaqişəyə humanitar cavab verildikdən sonra da davam edəcək.İspaniyanın baş naziri Sançes Misirin Rəfah sərhəd qapısında verdiyi açıqlamada, “Avropa İttifaqı Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək” deyib.Sançes Qüdsdə ayrı-ayrılıqda görüşdüyü İsrail prezidenti İsxak Hersoq və baş nazir Benyamin Netanyahuya “İsrailin özünü müdafiə hüququna Qəzzada minlərlə uşaq da daxil olmaqla günahsız mülki əhalinin öldürülməsi daxil deyil” deyib.Belçika baş naziri De Kroo İsrailə səfəri zamanı Netanyahu ilə görüşdükdən sonra daha 10 min insanın ölməsini istəmədiklərini vurğulayaraq, “İsrail mülki itkilərin qarşısını almaq üçün daha çox şey etməlidir” deyib.Gununsesi.info

Chosen
126
gununsesi.info

1Sources