EN

DİN-dən vətəndaşlara çağırış! – Kimsə sizə belə desə…

Daxili İşlər Naizrliyi vətəndaşlara müraciət edib.Gununsesi.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib:“Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” – desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” – desə göndərməyin! Kimsə sizə “kampaniya var – ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” – desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” – desə qoşulmayın! Hamısı yalandır!Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!” Gununsesi.info

Chosen
287
49
gununsesi.info

10Sources