İstanbulda saxta spirtli içkidən zəhərlənərək, dünyasını dəyişənlərin sayı 17-yə yüksəlib.
Azreform.info news24.az-a istinadən xəbər verir ki, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb.
Son 5 gündə saxta spirtli içkidən zəhərlənərək, xəstəxanalara 46 nəfər müraciət edib. Onlardan 17 nəfər dünyasını dəyişib, 22 nəfərin müalicəsi davam edir, 7 nəfər isə evə buraxılıb.
Saxta spirtli içki satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri davam edir. Bu günə qədər əməliyyatlar zamanı ümumilikdə 19 şübhəli saxlanılıb.