EN

İspaniya Kuboku: "Atletiko" dördüncü divizion komandasına 3 qol vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya futbolunun dördüncü divizionunu təmsil edən "Kaserenyo" klubu ilə "Atletiko Madrid"in qarşılaşdığı İspaniya Kubokunun 1/32 final mərhələsinin oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, 30-cu dəqiqədə "Kaserenyo"nun futbolçusu Alvaro Qarsiya hesabı açıb.
83-cü dəqiqədə "Atletiko"nun müdafiəçisi Klaman Lanqle tarazlığı bərpa edib.
85-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Ceymi Qonsales qırmızı vərəqə alıb.
90+2-ci dəqiqədə yarımmüdafiəçi Rodriqo De Paul qonaqları hesabda irəli çıxarıb.
90+5-ci dəqiqədə isə "Atletiko"nun hücumçusu Xulian Alvares oyunda son nöqtəni qoyub - 1:3.
Chosen
169
9
oxu.az

6Sources