EN

Harvard Universitetinin ekspertləri Azərbaycandakı əməkhaqqı islahatlarını yüksək qiymətləndirib

Bakı. Trend:

Harvard Universitetinin "Growth Lab" Mərkəzi Azərbaycanda həyatakeçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndirib.

Bu barədə Trend İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın əmək bazarında apardığı islahatlardünya miqyasında mütəxəssislərin diqqətini cəlb edib. Vergisistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviqmexanizminə əsaslanan islahatların nəticələri HarvardUniversitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib.Universitetin "Growth Lab" Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrəaparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əməkbazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib vəbu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimigöstərib.

Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinəəsaslanan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətitərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycandaəmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddiirəliləyişə nail olunub. Hökumət prosedurları asanlaşdırıb,bizneslərin daha rahat şəkildə qanuniləşməsini həyata keçirməsinəvə xərcləri azaltmasına imkan yaradıb (https://www.taxes.gov.az/az/page/salary).

Qeyd edək ki, islahatın nəticələri üzrə bütün əsasindikatorlarda müsbət dəyişikliklər müşahidə olunur. Vergiqanunvericiliyində tətbiq edilən təşviqlər sayəsində rəsmi əməkmüqavilələrinin sayında əhəmiyyətli – 32,1 faiz artıma nail olunub,əməkhaqlarının “ağarması”na şərait yaranıb, məcburi dövlət sosialsığorta haqları üzrə ödənişlər 5 il ərzində 2,2 dəfə artmaqlasosial fondların gəlirləri çoxalıb, büdcədən sosial fondlarınmaliyyələşdirilməsinə ayrılan maliyyə yükü azalıb, həmçininislahatlar bütövlükdə iqtisadi dövriyyədə canlanmaya müsbət təsirgöstərərək qeyri-neft sektorunda ”sahibkar - sahibkar” və “sahibkar- istehlakçı” əməliyyatlarının artımına gətirib.

Harvard mütəxəssisləri hesab edir ki, bu, təşviqlərinbizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşınümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsindənəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərləqarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial modelolaraq araşdırmalıdırlar.

Bununla bağlı aparılmış təhlillər barədə məlumatlar "Growth Lab"Mərkəzinin sosial şəbəkə hesablarında yerləşdirilib.

https://www.facebook.com/100094629804741/posts/426776873819969/?mibextid=WC7FNe&rdid=pxWXSYQqkpgn1vA6

https://x.com/HarvardGrwthLab/status/1864804904923234548

Azərbaycanın əmək bazarında həyata keçirilən islahatlarıntəhlili barədə Harvard Universitetinin "Growth Lab" Mərkəzitərəfindən hazırlanan çarxın linki:

https://bit.ly/4f0qg6N

Chosen
21
16
az.trend.az

10Sources