Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Maltanın Valletta şəhərinə işgüzar səfəri çərçivəsində 3-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.
APA xəbər verir ki, bu barəd Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazir konfransda Azərbaycanın COP29 prezidentliyi, COP29-un nəticələri, Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsində təşəbbüsləri, eləcə də münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə çıxış edib.