EN

Putin Ərdoğanı ələ saldı – Ankaradan ağır cavab olacaq

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə iqtisadiyyatını ələ saldığına dair xəbərlər dərc olunur. Belə ki, o, Moskvada keçirilən beynəlxalq konfransda Türkiyədə inflyasiya haqda danışarkən zaldakı iştirakçılar gülüb. Türkiyə mediası bunu “Putin Türkiyə iqtisadiyyatını lağa qoydu” başlığı ilə verib.

Ərdoğanla normal münasibəti olan Putinin bu mövqeyi, çıxışı nə ilə bağlıdır?

EDnews xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Türkiyə hakimiyyətində faktiki olaraq Mərkəzi Banka qarşı siyasət aparılır və bu birinci dəfə deyil ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyəni bu məsələdə ittiham edir:

“Dəfələrlə Putin öz mövqeyin də bildirib ki, Ərdoğan kimi Mərkəzi Bankın siyasətinə qarışmır və buna görə Rusiya iqtisadiyyatı ağır sanksiyalara baxmayaraq ayaqda qala bilir. İqtisadi komandasının uğurlu siyasətini bununla əlaqələndirib ki, məhz özü Mərkəzi Bankın siyasətinə qarışmır və burada “Türkiyə kimi”, “Ərdoğan kimi” ifadəsini dəfələrlə işlədib.

Son baş verən hadisə kifayət qədər etikadan kənar bir hərəkət kimi xarakterizə oluna bilər. Çünki, hazırda Rusiya və Türkiyə arasındakı münasibətlər normaldır və hər nə olur olsun Rusiya rəhbərliyinin Türkiyəni belə bir məsələdə lağa qoyması, bu şəkildə alçaltması, düzgün bir addım deyil və tamamilə siyasi etikadan kənar bir anlayışdır”.

Politoloqun sözlərinə görə, Vladimir Putin siyasi jestikaları – istər hərəkətləri, istərsə də sözləri ilə diqqətçəkən siyasətçidir:

“Biz dəfələrlə digər dövlət başçıları ilə görüşdə, onlar barəsində danışanda da, Putinin müəyyən siyasi jestlərinin şahidi olmuşuq. Təbii ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dünya siyasətində böyük şəxslərdən biridir və inanmıram ki, Türkiyə rəhbəri Putinin bu sözünün altında qalsın. Yəni, Türkiyə bu cavabı lazım gəldiyi anda, lazım olduğu formada verəcək.

Rusiya Mərkəzi Bankı güclü şəkildə işləyir və Mərkəzi Bankın siyasəti Rusiyada həqiqətən də təqdirəlayiqdir. Yəni, baxdıqda hiss olunur ki, Mərkəzi Bankın sədri Elvira Nabiullina Rusiyada ən çox çalışan məmurlardan biridir.

Rusiyada Türkiyədən fərqli olaraq güclü məmur monopoliyası və rüşvət piramidası var. Eyni zamanda Rusiya iqtisadiyyatı müharibədən sonra daha da dibə vurmaq siyasətinə gedir. Buna görə də düşünmürəm ki, Vladimir Putinin söylədiyi fikirlərdə çox böyük həqiqət var və Rusiya iqtisadiyyatı Türkiyə iqtisadiyyatından güclüdür. Bu, absurd bir yanaşmadır. Tamamilə qəbuledilməz bir məsələdir. Görünür ki, Rusiya, müttəfiqləri, yaxın olduğu ölkələrə bu şəkildə söz çatdırmaq və daxili auditoriyaya oynamaq siyasəti aparır. Bu yaxşı bir şey deyil və siyasi etikadan kənar bir addımdır”.

Chosen
73
50
ednews.net

10Sources