EN

Yeni il üçün bölgələrdə fantastik otel qiymətləri - 2000-2700 manat...


Yeni ilin gəlməsinə bir neçə həftə vaxt qalıb. Adətən, bir çoxları bayramı qeyd etmək üçün rayonlara üz tuturlar. Bəs, bayramqabağı bölgələrdə otel və kotteclərdə qiymətlər necədir?

Bakupost.az bununla bağlı apardığı araşdırmanın nəticələrini təqdim edir.

Yeni ili Qubada yerləşən məşhur "Quba Palace" otelində keçirmək istəyənlər dekabrın 31-dən yanvarın 2-ə qədər 2700 manat ödəməlidirlər. Bu, qiymət iki nəfər üçün təyin edilib. Məbləğə gündə 3 dəfə qidalanma, SPA, sauna və keçiriləcək yeni il şou-proqramlarına qatılmaq daxildir.




Qubada "Macara Lake Park" otelində isə 2 nəfər üçün 1 gecəlik ekonom otaqlar 140 manatdır. Qiymətə səhər yeməyi daxildir. Oteldə kotteclərin qiyməti isə 600 manata qədər qalxır. Dekabrın 31-dən yanvarın 2-ə qədər 3 günlük qiymət (2 nəfər üçün) 1450 manatdır. Qiymətə səhər və axşam yeməkləri daxildir.




Şamaxıda "Shamakhi Palace Sharadil" oteldə hazırda 10 faiz endirim mövcuddur. 2 nəfər üçün qiymətlər 1521 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma və təşkil olunacaq şou-proqramlara giriş daxildir. 6 yaşınadək uşaqlar üçün oteldə qalmaq ödənişsizdir.




"Qalaaltı" otelində isə 31 dekabr – 2 yanvar tarixlərində iki nəfər üçün qiymət 1430 manatdır. Bu məbləğə gündə 3 dəfə qidalanma, SPA, sauna və sair xidmətlər daxildir.




"Shabran Wellbeing" otelində 31 dekabr – 1 yanvar tarixlərində 2 nəfər üçün qiymət 1620 manatdır. Buraya səhər və axşam yeməyi daxildir. 6 yaşdan yuxarı uşaqlar üçün 420 azn əlavə önəniş tələb olunur.




Qəbələdə "Qafqaz Riverside" otelində 31 dekabr – 1 yanvar tarixlərində 2 nəfər üçün istirahət 1576 manat, 1 uşaqla isə 2038 manata başa gəlir. 3 dəfə qidalanma təmin edilir.




Qəbələdə "Qafqaz Tufandağ" otelində 2 nəfər üçün qiymət 3 günlük istirahət səhər yeməyi daxil ilmaqla 1620 manatadır. Əlavə bir uşaq olduqda isə qiymət 2052 manata qalxır.




Şəkidə "Marxal" otelində 2 nəfər üçün qiymət səhər yeməyi daxil 1280 manat tələb olunur. Bir uşaq üçün əlavə 380 manat tələb olunur.




Lənkəranda "Riva Hill" oteldə isə 1 gün üçün 2 nəfərlik nömrənin qiyməti 159 manatdır. Qiymətə səhər yeməyi daxildir.




Qaxda "Bergs Hotel & Restaurant" otelində dekabrın 25-dən yanvarın 5-ə qədər 1 gecəlik qiymət 109 manatdır. Qiymətə səhər yeməyi daxildir.




"Hilltop Heaven" otelində 2 nəfərlik nömrənin bir sutkalıq qiyməti səhər yeməyi daxil olmaqla 660 manatdır. 15 yaşa qədər uşaqlar üçün isə əlavə 165 manat ödəniş olunur. Qiymətə səhər yeməyi daxildir.


Rəhman Mirzəlizadə, BakuPost
Chosen
56
8
bakupost.az

10Sources