EN

Nəticələr ləğv edildi, seçkilər yenidən keçiriləcək

Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Digi 24” telekanalı məlumat yayıb.

Məlumata görə, bu qərar bütün prezident seçkiləri prosesinə əvvəldən yenidən başlamaq deməkdir.

Konstitusiya Məhkəməsi hakimləri məsləhətləşmələr üçün dekabrın 6-da keçirilən fövqəladə iclasdan sonra səsvermənin birinci turunun nəticələrini ləğv ediblər. Hakimiyyət prezident seçkilərinin ləğvi ilə bağlı çoxlu sayda yeni müraciətlər alıb.


Müəllif: Arzu
Chosen
46
3
teleqraf.com

4Sources