Livanın Baş Təhlükəsizlik İdarəsi Suriya ilə sərhədlərdə demək olar ki, bütün keçid məntəqələrinin bağlandığını elan edib.
Bu barədə "Associated Press" agentliyi xəbər verib.
Məlumata əsasən, Beyrut və Dəməşqi birləşdirən yolda yalnız "Əl-Məsnə" məntəqəsi istisna təşkil edib.
Nəzarət-keçid məntəqələrinin fəaliyyətinin bərpası vaxtı dəqiqləşdirilməyib.