EN

Danimarka və Fransa Ukraynaya artilleriya sistemlərinin tədarükünü sürətləndirəcək

Bakı. TurkicWorld:

Danimarka "ilin sonuna qədər Ukraynaya ianələrə əlavə təkan vermək niyyətindədir".

TurkicWorld-un məlumatına görə, bu barədə Danimarka Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, hökumət bu məsələ ilə bağlı Xarici Siyasət Şurası ilə 2024-cü ildə məsləhətləşib, silahların alınması üçün ayrılan vəsaitin həcmini artırması və Kiyevə artilleriya sistemlərinin Fransa ilə birgə çatdırılmasını sürətləndirməsi gözlənilir.

Danimarka Fransa ilə əməkdaşlıq çərçivəsində Fransanın "Nexter" şirkətinin istehsalı olan "Caesar" təkərli 155 mm-lik özüyeriyən artilleriya sistemlərinin Kiyevə çatdırılmasını sürətləndirəcək.

Chosen
35
50
turkic.world

10Sources