Bakı, TurkicWorld
"S&P Global Ratings" 2024-cü il üçün Azərbaycanın real ÜDM artımını 4,5 faiz səviyyəsində proqnozlaşdırır (əvvəlki proqnoz – 2,5 faiz).
TurkicWorld "S&P"yə istinadən xəbər verir ki, agentlik 2025–2027-ci illər ərzində ölkənin iqtisadi artımını illik 2 faiz səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, reytinq agentliyi Azərbaycanın nominal ÜDM-sinin 2024-cü ildə 126 milyard manat (74 milyard ABŞ dolları), 2025-ci ildə 127 milyard manat (75 milyard ABŞ dolları), 2026-cı ildə 132 milyard manat (78 milyard ABŞ dolları), 2027-ci ildə isə 137 milyard manat (81 milyard ABŞ dolları) olacağını proqnozlaşdırır.
Xatırladaq ki, digər beynəlxalq qurumların Azərbaycan üzrə ÜDM artım proqnozları belədir: BMT - 2024-cü il üçün 2,6 faiz; Dünya Bankı - 3,2 faiz, Moody's - 2 faiz; Avropa Yenidənqurma və İnkişaf Bankı: 2024-cü il üçün 3,8 faiz, 2025-ci il üçün 2,7 faiz; Asiya İnkişaf Bankı - 2024-cü il üçün 2,7 faiz, 2025-ci il üçün 2,6 faiz; ING - 2024-cü il üçün 4,2 faiz, 2025-ci il üçün 2,6 faiz, 2026-cı il üçün 2,8 faiz.