Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu komandası ilə müqaviləsinin müddətini uzadacaq. Təcrübəli futbolçu daha bir il Mayami klubunun formasını geyinmək niyyətindədir.Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.