EN

Milli Məclisdə Qazaxıstan parlamentlərarası nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 7-də Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali və Parlament Məclisinin İqtisadi islahat və regional inkişaf komitəsinin üzvü Murad Abenov ilə görüşüb.

Söhbət zamanı Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, regional və qlobal məsələlərdə əməkdaşlığın gücləndirilməsi, habelə beynəlxalq platformalarda birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri ətraflı müzakirə olunub. Bununla yanaşı, tərəflər müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, siyasi və humanitar əlaqələrin möhkəmləndirilməsi yollarını da nəzərdən keçiriblər.

Chosen
24
50
yenigundem.az

10Sources