Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe tez-tez tənqid olunması haqqında danışıb.
Bizim.Media sport.es-ə istinadən xəbər verir ki, 26 yaşlı forvard deyib:
“İnsanların mənim haqqımda dediklərinə münasibətim necədir? Problem ondadır ki, siz ulduz olanda insanlar sizin yerinizə tez-tez danışırlar. Hər gün mediada bir xəbər görünür. Mən isə heç kimə danışmamışam. Buna görə də bu müsahibəni vermək qərarına gəldim; İnsanların məni başa düşməsi lazımdır”.
Qeyd edək ki, bu mövsüm Mbappe bütün turnirlərdə 20 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. O, Madrid təmsilçisinin hücum xəttində kifayət qədər effektiv oynamadığına görə tənqid edilir.
Bizim.Media