Əməkdar artist Elza Seyidcahan kürəkəni Elxanla bağlı açıqlaması ilə diqqət çəkib.
Bizim.Media olay-a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində kürəkəninin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə köçdüyünü bildirib.
“Elxan köçüb getdi. İndi Dubayda çalışır. Orada fəaliyyət göstərir. Elxanın uşaqlığı orada keçib.
Gülşən də gedir-gəlir. Yaxın günlərdə qızım birdəfəlik gedəcək”, - deyə Elza vurğulayıb.
Qeyd edək ki, Elxan və Gülşən cütlüyünün 2 övladı var.
Bizim.Media