EN

Vasili Berezutski: "Yorğunluq təsirini göstərirdi"

"Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 16-cı turundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis "Qarabağ"la matçda qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Bizim yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır. Birinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. "Qarabağ"ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız "Qarabağ"ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.

Berezutski komandanın potensialını dəyərləndirib: "Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq".

Qeyd edək ki, "Sabah" "Qarabağ"la görüşdə hesabı açsa da, oyun heç-heçə bitib.

İdman.biz

Chosen
28
3
idman.biz

9Sources