EN

"Qarabağ"ın qarşısını aldıq”

"Sabah" Premyer Liqanın 16-cı turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jsualları cavablandırıb:

- Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik.

- Demək olar ki, dəyişikliklər edəndən sonra oyunun tempi yüksəldi?

- Bizim yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır.

- Gözlədiyiniz "Qarabağ"ı gördüz?

- Birinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. "Qarabağ"ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız "Qarabağ"ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.

- Komandanızın potensialı nəyə imkan verir?

- Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq.

- Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsız. Bunu qarşıdakı matçlarda da edəcəksiz?

- Kubok matçından sonra rotasiyalar etmək istəyirdik. Bu gün o mövqedə Kahim Parris olmalı idi. Təəssüflər olsun ki, o zədələndi. Boyan Letiç bu gün çıx böyük iş gördü. Onun oyunundan razıyam.

Chosen
39
4
sportinfo.az

9Sources