EN

Qvardiola Mourinyodan üzr istədi

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola ilə "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo arasında söz savaşı davam edir.

News24.az xəbər verir ki, söz davasının sonunda nəhayət, Qvardiola üzr istəyib:

"Mən Joze Mourinyoya deyə bilərəm ki, günahımız sübuta yetirilənə qədər günahsızıq. Xətrinə dəymişəmsə, bu, zarafat idi. Üzr istəyirəm. Amma həqiqət budur ki, Mourinyonun üç Premyer Liqa çempionluğu var, mənim isə altı. Bu, faktdır".

"Liverpul" oyununda uduzduqdan sonra "Mançester Siti"nin baş məşqçisi Qvardiola çempionluqların sayını bildirmək üçün azarkeşlərə 6 işarəsi göstərib. Jurnalist Mourinyonun 3 oxşar işarə etdikdən sonra qovulduğunu dedikdə ispan məşqçi belə cavab verib:

"Ümid edirəm ki, vəziyyətim onun kimi olmayacaq. Xose ilə mən oxşarıq. Amma o, 3 dəfə qalib gəldi, mən 6 dəfə. Onunla bu məsələdə razıyıq. Sadəcə göstərdik ki, biz çox, daha yaxşıyıq".

\\Lent.az

Chosen
75
50
news24.az

10Sources