EN

Edam edilmələrinə yarım saat qalmışdı, qurtuldular - Heyrətamiz VİDEO

Bəşər Əsəd rejiminin məşhur işgəncə mərkəzi olan Sidnaya həbsxanasında saxlanılan məhbuslardan bəziləri azad edilib.

Musavat.com xəbər verir ki, məhbuslardan biri hadisəni belə təsvir edib:

“Mənim və yanımdakı bu şəxsin edam cəzası bu gün yerinə yetiriləcəkdi. Ümumilikdə 54 nəfərin edamı bu gün idi. Amma biz azadlığa qovuşduq. La ilahə illallah”.

Azad olunan məhbusların ifadələrinə görə, həbsxanada işgəncə və dəhşət dolu günlər yaşanıb.

Məlumatın geniş rezonans doğurması gözlənilir.

Qeyd edək ki, Sidnaya həbsxanası beynəlxalq insan haqları təşkilatları tərəfindən tez-tez sərt tənqid edilir və rejimin müharibə cinayətlərinin simvolu kimi tanınır.

Musavat.com

Chosen
38
4
musavat.com

7Sources