Dəməşqdə qalan Suriya Nazirlər Kabinetinin üzvləri xarici işlər naziri Bassam Sabbahın harada olmasından xəbərsizdirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriyanın rabitə naziri İyad əl-Xətib “Əl-Ərəbiyyə” telekanalına deyib.
“Biz xarici işlər nazirinin hazırda harada olduğunu bilmirik, onunla əlaqəmiz yoxdur”, - Əl-Xatib bildirib.
Qeyd edək ki, devrilən prezident Bəşər Əsəd və müdafiə nazirinin də harada olduğu bilinmir.