Avropa Birliyi (AB) Suriyada baş verən hadisələrə münasibət bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X-də yazıb.
O bildirib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi:
“Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”.