EN

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb.

\"Report\" \"Əl-Cəzirə\" telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki Əməvi məscidində bu bəyanatla çıxış edib.

Qeyd edək ki, bu, Əl-Culaninin Ərəb Respublikasının paytaxtına gəlişindən sonra ilk ictimai çıxışıdır.

Qətər telekanalı onun sözlərini sitat gətirib: \"Bu qələbə regionda yeni tarixin başlanğıcı olacaq\".

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Chosen
46
13
azxeber.com

10Sources