"Airbus” şirkəti noyabrda müştərilərinə 84 kommersiya təyyarəsi təhvil verib. SİA xəbər verir ki, bununla il ərzində sifarişçilərə çatdırılan təyyarə sayı 643-ə çatıb. Şirkət illik planı olan 770 hava gəmisini müştərilərə təhvil vermək üçün dekabrda 127 təyyarə yollamalıdır.
“Airbus” ötən ay 30 yeni sifariş qəbul edib. 2024-cü il üzrə təsdiqlənmiş sifariş sayı 742-dir. İl ərzində 37 sifariş isə ləğv edilib