EN

Şəkidə tarixi məbədə 5 milyon manat xərclənəcək

Bakı. Trend:

"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində açılış üçünavadanlıqların quraşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlumolub.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Bildirilib ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyihazırlıq işlərinə başlayıb.

Agentlik qoruq ərazisində açılış üçün avadanlıqlarınquraşdırılması işlərinin icrasını "MAX PRİNT" Məhdud MəsuliyyətliCəmiyyətinə həvalə edib. Bunun müqabilində şirkətə 5.023.809 AZN (5milyon 23 min 809 manat) ödəniləcək.

Qeyd edək ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş vədövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədinmemarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubunaoxşardır.

Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, dahasonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadəedilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonraona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 ilərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib.

Məqalədə:
Chosen
45
10
az.trend.az

10Sources