EN

Zelenski etiraf edir ki, saziş bağlamaq istəyir - Tramp

Vladimir Zelenski Rusiya ilə danışıqların vaxtının çatdığını etiraf etməyə başlayıb.

Aktual.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Nyu York Post”a müsahibəsində deyib.

"O, sülh sazişi bağlamaq istəyir. Bu, yeni bir şeydir. O, atəşkəs istəyir, sülh istəyir. O hesab edir ki, artıq atəşkəs sazişinin vaxtı çatıb”, - Tramp bildirib.

Trapın sözlərinə görə, Zelenski ilə Parisdə görüşü zamanı mümkün atəşkəsin detallarını müzakirə etməyib.

Qeyd edək ki, Donald Parisdə Vladimir Zelenski ilə görüşündən sonra da Ukrayna prezidentinin sülh sazişi bağlamaq istədiyini demişdi.

Chosen
12
1
ulusum.az

4Sources