EN

Əsəd niyə İrana yox, Rusiyaya sığındı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bəşər Əsəd və ailə üzvləri Rusiyanın paytaxtı Moskva şəhərindədir. Bəzi məlumatlara görə, Rusiya Suriyadakı qüvvələrinin təhlükəsiz şəraitdə çıxarılması üçün Türkiyədən kömək istəyib.

 

Maraqlıdır, Əsəd niyə İrana yox, Rusiyaya sığınıb?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür.

 

Onun sözlərinə görə, Əsəd hakimiyyətini qorumaq üçün İranı Suriyadan çıxarmaq məsələsində Qərblə danışıqlara getmişdi. Bu isə onun Tehranla münasibətlərində soyuqluq yaratmışdı:

 

“Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir. Bununla yanaşı, Həmas liderinin öldürülməsindən sonra Əsədin İranda qalması təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməklə perspektivlərini çətinləşdirmək istəməyib. Bunun əksinə, Rusiyanın Əsədə sığınacaq verməsinin Suriya siyasətinə hesablandığı görünür, xüsusilə müxaliflər danışıqlarda maraqlarının təmin edilməsi üçün Əsəddən kart kimi istifadə edə bilərlər. Bu kontekstdə hakimiyyəti götürən müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması diqqət çəkir”.

 

Firuzə Əliyeva

Sfera.az

 

 

Chosen
17
48
sfera.az

10Sources