EN

Ermənistan-İran-Hindistan görüşü baş tutmadı

Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət marşrutunun işə salınması ilə bağlı sentyabr ayında planlaşdırılan üçtərəfli görüş baş tutmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat verib.

“Qeyd olunan görüş İranda baş verən məlum hadisələr səbəbindən (İran-İsrail münasibətlərinin gərginləşməsi nəzərdə tutulur – red.) baş tutmayıb”, – deyə nazirlikdən bildirilib.

Bununla belə, Ermənistan multimodal sürətli marşrutun yaradılması ilə bağlı ilkin müzakirələri davam etdirir, lakin onun işə salınma müddəti hələ dəqiqləşməyib.

Qeyd edək ki, planlaşdırılan marşrutla Hindistan və Fars körfəzi limanlarından Avropaya və Aİİ-yə yüklər Ermənistan və Gürcüstan üzərindən daşınacaq. Sxemə əsasən, Hindistanın Mumbay limanından yüklər Çabahara, sonra quru yolla Ermənistana, daha sonra isə Gürcüstana nəql olunmalıdır. Gürcüstan limanlarından isə yüklər ya Bolqarıstan və Yunanıstana, ya da “Yuxarı Lars” vasitəsilə Rusiyaya çatırılmalıdır.

Chosen
19
3
nocomment.az

4Sources