EN

Hakim olmaq istəyənlərin nəzərinə: İmtahan keçiriləcək

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.

Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildiriv ki, həmin namizədlərlə test imtahanı cari ilin dekabr ayının 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcəkdir.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

"Cebheinfo.az"

Chosen
35
19
cebheinfo.az

10Sources