Bakıda 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb.
Modern.az-ın məlumatına görə, əməliyyat Xətai Tibb Mərkəzində baş tutub.
Xəstəxanaya gətirilmiş azyaşlı uşaq cərrahı Pərviz Səmədov tərəfindən əməliyyat edilib.
"Hazırda xəstənin vəziyyəti yaxşıdır, o, həkim nəzarəti altındadır", - xəstəxanadan bildirilib.