EN

Makron təxribatçını Naxçıvanın tarixi kəndinə göndərdi – Məqsəd nədir?

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla sərhədə (Naxçıvan istiqaməti) gəlib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Səfir Avropa İttifaqının müşahidə missiyasının sərhəddə yerləşən qərargahına baş çəkib, eyni zamanda, missiyanın Xaçik kəndindəki patrulu ilə sərhədboyu əraziləri gəzib. Xaçik kəndi 1929-cu ildə Naxçıvanın ermənilərə verilən ərazilərindən biridir.

Aİ missiyasının vaxtı gələn ilin fevral ayında başa çatacaq. Brüssel və İrəvan missiyanın vaxtının uzadılmasını istəyir. Bu prosesdə əsas maraqlı tərəflərdən biri də Makron administrasiyasıdır. İstisna deyil ki, fransalı səfirin məqsədi missiyanın sərhəddə fəaliyyətinin zəruriliyi haqda hesabat hazırlamaq olub. Olivye Dekotini Azərbaycana qarşı təxribat fəaliyyətləri ilə tanınır.

Chosen
32
moderator.az

1Sources