EN

Mənbic AZAD EDİLDİ - PKK/YPG terrorçuları mövqelərini itirir

Surayada bir neçə gündür ki, davam edən hərbi əməliyyatlar çərçivəsində Suriya Milli Ordusu (SMO) Mənbicin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrorçulardan təmizləyərək rayonu nəzarətə götürüb.

 

Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bununla da hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük terrorçu yuvasını təmizləyiblər.

 

Mənbic ABŞ-nin dəstəklədiyi terror təşkilatı tərəfindən işğal edilib və Fərat çayının qərbindəki ən böyük terror yuvası olub. Mənbicdən öncə PKK/YPG terrorçularının əlində olan Tel Rıfat rayon mərkəzi azad edilmişdi.

 

PKK/YPG 2016-cı ilin may-avqust ayları arasında ABŞ-nin dəstəyi ilə Mənbic rayonunu ələ keçirmişdi. Suriya-İraq sərhədindən başlayaraq Suriyanın qərbində Aralıq dənizinə qədər uzanan terror dəhlizi açmaq planında Mənbic bölgəsi mərkəzi əhəmiyyət kəsb edirdi. Türkiyə 2016-cı ilin avqustunda “Fərat Qalxanı” əməliyyatı ilə Afrin-Tel Rıfat və Mənbic arasında birbaşa əlaqənin qurulması hazırlıqlarına zərbə vurmuşdu.

 

Vasif

Sfera.az

 

 

Chosen
65
sfera.az

1Sources