EN

Yeni qanuna bu anlayışların daxil edilməsi təklif olundu

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə iqtisadi diplomatiya və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

O həmçinin qeyd edib ki, “Fəxri konsulluq” institutundan Azərbaycan az istifadə edir və bu genişləndirilməlidir:

“Bununla bərabər, diplomatların sosial media fəaliyyəti, onun qaydaları haqqında tənzimləmə qanun layihəsində əks oluna bilər. Həmçinin dünya təcrübəsində var ki, hər iki ailə üzvü diplomatdırsa, onların diplomatik vakansiyalarının təmin olunmasıənda prioritetlər müəyyənləşir.

Bizdə hazırlanan yeni qanun layihəsinə bununla bağlı da müddəa olmasını uyğun hesab edirəm”.

Chosen
38
4
bakivaxti.az

5Sources