EN

Şəkidə tarixi məbədə 5 milyon manat xərclənəcək

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində açılış üçün avadanlıqların quraşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub. Tribunainfo.az xəbər verir ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıq işlərinə başlayıb.

Agentlik qoruq ərazisində açılış üçün avadanlıqların quraşdırılması işlərinin icrasını yerli şirkətə həvalə edib. Bunun müqabilində şirkətə 5 023 809 manat ödəniləcək.

Qeyd edək ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır.

Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib.

Chosen
18
10
tribunainfo.az

10Sources