EN

Prezidentin ABŞ-a qaçmaq planı var imiş



Suriyadakı hadisələr fonunda Cənubi Koreyada baş verənlər diqqətdən kənarda qalıb.
Amma hər iki prosesdə qəribə bir sinxronluq da var.
Belə ki, Suriyanın artıq eks prezidenti Başar Asad Moskvaya qaçan gün Cənibi Koreya Ədliyyə Nazirliyi ölkə prezidentinə qarşı başladığı təhqiqat çərçivəsində onun ölkədən çıxışına qadağa qoyub.
Prezidentin ABŞ-a qaçmaq planı var imiş.
Orda baş verənlərə qısa özət verim ki, Koreya prezidenti Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etmişdi.
Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən əsassız hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olundu.
Nəticədə təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi ləğv olundu.
Səhərisi gün müxalifət hərbi vəziyyətə əsas olmadığı üçün prezidentin konstitusiyanı pozduğunu iddia edərək parlamentdə impiçment prosesinə başladı.
Dekabrın 7-də parlamentdə bu məsələ ilə bağlı səsvermə keçirildi amma iqtidar partiyasının prosesdə iştirak etməməsi səbəbindən impiçment elan oluna bilmədi.
Ardınca Ədliyyə Nazirliyi konstitusiyanın bəndini pozmaqla dövləti risk altına saldığı üçün prezidentə qarşı tədqiqata başladı.
Koreyanın ingilis dilli mediasında gedən yazılarda iddia olunur ki, “ölkədə hərbi vəziyyətin elan olunması hakim klan daxili hesablaşmadır və burda prezidentin iradəsi təhrif olunub.
Siyasi hakimiyyətdə həlledici postları ələ keçirmiş nüfuzlu klan onu ya devirmək ya da dərs vermək qərarına gəlibmiş”.
Aydın məsələdir ki, əgər bir ölkədə hər hansı bir klan aktiv “siyasi əzələ yığırsa” demək ki, məqsədi var imiş…
Chosen
26
newscenter.az

1Sources