EN

Zeytun yağı və limon suyu içsəniz... - Möcüzəvi qarışım

Zeytun yağı və limon suyu sağlamlığımıza faydalıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu qarışığı müntəzəm və ölçülü şəkildə istehlak etmək sağlamlığınıza müsbət töhfələr verə bilər. Ancaq hər hansı bir sağlamlıq probleminiz varsa, ilk növbədə bir mütəxəssislə məsləhətləşmək vacibdir.

Zeytun yağı və təzə limon suyu birlikdə dörd sağlamlıq problemini aradan qaldıra bilər:

Yağda olan oleik turşusu ürək-damar sistemi üçün yaxşı bir mənbədir. Damar tıkanıklığı, yüksək qan təzyiqi, koronar ürək xəstəlikləri və insult riskini minimuma endirməyə kömək edir.

Həzm sistemini tənzimləyən qarışıq qaraciyər və öd kisəsini də qoruyur. Bağırsaqların nizamlı işləməsinə kömək edir. Qarışığı müntəzəm olaraq istehlak etdikdə, romatoid artritin yaratdığı ağrı və iltihab azalır.

Bu ikili öd daşı əmələ gəlməsinin qarşısını ala bilər. Öd kisəsində daşlar varsa, onu da dayandıra bilər. Lakin onun təsirini görmək üçün mütəmadi olaraq içmək lazımdır. Əgər öd daşı probleminiz varsa, içməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

RESEPT:

Bir xörək qaşığı zeytun yağı
Bir xörək qaşığı limon suyu

Hər iki komponenti qarışdırın və səhər acqarına istehlak edin. Tərkibləri qarışdırarkən onların otaq temperaturunda olmasına diqqət edin.

Nərgiz Məmmədli

Chosen
59
18
bakivaxti.az

10Sources