EN

"Qalatasaray"da şok itkilər

style='margin-bottom:10px;'>

“Qalatasaray”ın futbolçuları Barış Alper Yılmaz və Viktor Osimhen zədələniblər. 

QOL.az xəbər verir ki, onlar Superliqanın 16-cı turunda “Sisvasspor”la matçda (3:2) sıradan çıxıblar. 

24 yaşlı hücumçu və 26 yaşlı forvard tibbi müayinədən keçiblər. Barış Alperin 3 həftə, Osimhenin isə 2 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. 

Qeyd edək ki, Barış Alper Yılmaz cari mövsümdə 22 matça çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib. Osimhen isə 13 oyunda 10 qola və 5 qol ötürməsinə imza atıb.

Chosen
40
2
teleqraf.com

3Sources