EN

Alman müxalifət lideri Birlik Nazirliyinin yaradılması ideyasını yüksək qiymətləndirdi

Almaniya müxalifət bloku CDU/CSU-nun lideri Fridrix Merz Ukraynanın Milli Birlik Nazirliyinin yaradılmasını müsbət bir təşəbbüs kimi qiymətləndirib.

Yenicag.az xəbər verir ki, Merz bu fikrini prezident Volodimir Zelenski ilə görüşdən əvvəl dilə gətirib.

Dekabrın 3-də Ukrayna Ali Radası Aleksey Çernışevi Ukraynanın baş nazirinin müavini və eyni zamanda, yeni yaradılmış Ukrayna Milli Birlik Nazirliyinin rəhbəri vəzifəsinə təyin edib. Həmin gün hökumət İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin adını dəyişdirərək, bu yeni nazirliyi təsis etməklə bağlı qərar qəbul edib.

“Yeni nazirliyin yaradılması və müvafiq strukturların formalaşdırılması ideyanız çox yaxşıdır. Biz Bundestaqda bu mövzuda müzakirələri hələ tamamlaya bilməmişik, lakin bu addımı ataraq Almaniyada yaşayan ukraynalılarla əlaqələri daha da yaxşılaşdıra bilərik”, – Merz qeyd edib:

Bundan əvvəl Merz Almaniyanın Ukraynanı dəstəkləmək üçün bütün mümkün tədbirləri həyata keçirəcəyinə dair Zelenskiyə əminlik verib. Kiyevə səfərinin başlanğıcında Merz həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin yalnız Ukrayna özünü müdafiə edə biləcəyi gücə malik olduqda danışıqlar masasına oturacaq.

Chosen
39
yenicag.az

1Sources