1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə ikitərəfli əlaqələri müzakirə edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman məlumat verib.
L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.
Pleasure to meet @HikmetHajiyev, Assistant of the President of Azerbaijan, and Head of the Foreign Policy Affairs Department of the Presidential Administration.
— Gideon Sa'ar | גדעון סער (@gidonsaar) December 8, 2024
We discussed recent developments in the Middle East and the Caucasus, regional security, and the strong bilateral… pic.twitter.com/DYDU4IuGfG