EN

"Eagles" Olimpiadasının mükafatlandırma tədbiri keçirilib

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə "Eagles Olimpiada" Məktəblilər arası Respublika Bilik Müsabiqəsinin 27 Oktyabr 2024-cü il tarixində baş tutmuş final turunda qalib olmuş şagirdlərin mükafatlandırma tədbiri keçirilib. Qeyd edək ki, müsabiqənin qış və yaz mərhələsində yüksək nəticə əldə etmiş şagirdlər final turuna vəsiqə qazanmışdır. Belə ki, II-IX sinif şagirdləri arasında aşağıda adları qeyd olunan şagirdlər qalib olmuşdur.
 
1. Cavidan Salmanzadə - Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyin II sinif şagirdi
2. Selin Əlili - Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyin III sinif şagirdi
3. Aylin Babayeva - Salyan şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi
4. Ayşə Mirzəyeva - Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın V sinif şagirdi
5. Turqay Novruzov - Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbin VI sinif şagirdi
6. Yusif Həsənzadə - Bakı şəhəri 20 nömrəli məktəb liseyin VII sinif şagirdi
7. Fatimə Əsgərova - Göygöl rayonu E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
8. Yusif Şəfiyev - Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin IX sinif şagirdi
 
Qaliblərə olimpiadanın rəmzi kuboku, medal, sertifikat, planşet və digər həvəsləndirici hədiyyələr təqdim edilib. VIII və IX sinif şagirdləri, Fatimə Əsgərova və Yusif Şəfiyev xaricdə ödənişsiz yay məktəbində iştirak hüququ qazanıb. Digər final turu iştirakçıları isə medal, sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, "Eagles Olimpiada" Respublika Bilik Müsabiqəsinin növbəti il üçün qış mərhələsinin keçirilməsi fevral ayında nəzərdə tutulmuşdur.
 
Chosen
30
moderator.az

1Sources