EN

Biryaşlı uşaq qıcolmadan öldü

Dekabrın 8-də Kürdəmir rayonunda 1 yaşlı uşaq vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, saat 13 radələrində 2023-cü il təvəllüdlü Ö.Məlikməmmədov yaşadığı Şüşün kəndindəki evdə dünyasını dəyişib.

Epilepsiya xəstəliyindən əziyyət çəkən körpənin qıcolmadan vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Chosen
28
24
news24.az

10Sources