EN

Bələdiyyə seçkiləri: MSK 5 partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb

Azərbaycanda yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə aparılıb.

 

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Yeni Azərbaycan Partiyasının, Milli İstiqlal, Böyük Quruluş, Demokratik İslahatlar və Ümid partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

 

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Chosen
29
15
senzor.az

10Sources